Gələn ildən Moskvada eksperimental olaraq miqrantlar üçün elektron şəxsiyyət vəsiqələri tətbiq ediləcək.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.
O, qyed edib ki, arayışda əcnəbi vətəndaş haqqında bütün məlumatlar olacaq: Rusiyaya gəliş tarixi, biometrik məlumatlar, iş yeri, yaşayış icazəsi, qeydiyyat. Sənəddə nəyinsə səhv olduğu üzə çıxarsa, polis əcnəbiyə qarşı müvafiq tədbirlər görəcək.