Rusiyanın baş naziri Mixail Mişustin Rusiya Federasiyasında yaşayan miqrantlar üçün yeni fərman imzalayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Belə ki, fərman Rusiyanın bütün ərazisində miqrantlar üçün imtahanların vahid qiymətinin tətbiqi haqqındadır.
Rusiya vətəndaşlığını qəbul etmək üçün rus dilindən imtahanların verilməsinə görə rüsum 2 950 rubl (49,91 manat) müəyyə edilib. Rusiya tarixi və qanunvericiliyin əsasları üzrə imtahanın rüsumu isə 2 950 rubl (49,91manat) olub.
Bundan başqa, müvəqqəti yaşamaq icazəsi almaq üçün 5900 rubl (99,83manat), iş icazəsi almaq üçün isə 3800 rubl (64,29 manat) müəyyən edilib.