Tarix: 19.09.2024 / 19:05
Soydaşlarımızın nəzərinə:    Bu ölkədə nikaha daxil ola bilməyəcəksiniz

Soydaşlarımızın nəzərinə: Bu ölkədə nikaha daxil ola bilməyəcəksiniz

Rusiya miqrasiya qanunlarını pozan əcnəbilərin reyestrini yaradacaq. Bu siyahıya daxil edilən qeyri-qanuni miqrantların hüquqları məhdudlaşdırılacaq.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy "Kommersant"a bildirib.

Beləliklə, qeyri-qanuni miqrantlara Rusiyada nikaha daxil olmaq, sürücülük vəsiqəsi almaq, bank hesabları açmaq, əmlakı qeydiyyata almaq, hətta uşaqları uşaq bağçalarına və məktəblərə yazdırmaq qadağan ediləcək.

Qeyd edək ki, bundan əvvəl Daxili İşlər Nazirliyi bildirmişdi ki, hazırda Rusiyada 630 mindən çox əcnəbi qeyri-qanuni yaşayır. Məhdudiyyətlər miqrantların Rusiya qanunlarına əməl etmələri üçün tətbiq edilir.

Şərhlər

Yaz...