Tarix: 14.11.2024 / 11:09
Soydaşlarımızın nəzərinə:   60 milyon cərimələnə bilərsiniz

Soydaşlarımızın nəzərinə: 60 milyon cərimələnə bilərsiniz

Rusiya Dövlət Duması qeyri-qanuni miqrasiya məqsədilə sənədlərin saxtalaşdırılmasına görə cərimələri təsdiqləyib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Dövlət Dumasının deputatları qeyri-qanuni miqrasiyanın təşkili məqsədilə sənədləri saxtalaşdıran hüquqi şəxslərin məsuliyyətini sərtləşdirən qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul ediblər.

Qeyd olunub ki, inzibati məsuliyyətin təkrar pozulmasına görə maksimum cərimə 60 milyon rubl ola bilər.











Şərhlər

Yaz...