Tarix: 16.07.2024 / 17:17
Soydaşlarımızın dini məzhəblərin təsirinə düşmək ehtimalı böyükdür  - Siyasi şərhçi

Soydaşlarımızın dini məzhəblərin təsirinə düşmək ehtimalı böyükdür - Siyasi şərhçi

“Soydaşlarımızın Azərbaycandan kənarda ənənəvi olmayan dini məzhəb və təriqqətlərin təsirinə düşmək ehtimalı çox olduğu üçün böyük şəhərlərdə yaşayan azərbaycanlıların dini ibadətlərinin asanlaşdırılması məqsədilə həmin şəhərlərə din xadimlərinin təhkim olunması yaxşı olar. Çünki, dünyada vahid bir İslam dini yoxdur”.

Bu barədə Diaspora.TV-yə siyasi şərhçi Xəqani Cəfərov deyib. Politoloq İslam dini adı altında artıq bir neçə, bəlkə də onlarla din yaradıldığını qeyd edib:

“Məsələn, Türkiyədə 400-ə qədər təriqqət var. Onların hamısı özünü İslam dinindən saysa da, bir-birilə çox ciddi fərqlilikləri var. Birinin halal hesab etdiyini, digəri haram hesab edir. İbadət və digər dini rituallarda, şəriət qaydalarında çox ciddi fərqliliklər yaranıb. Bu fərqliliklər o qədər dərinləşib ki, təriqətlər bir-birini müsəlman olmamaqda, islamdan çıxmaqda ittiham edirlər”.

Siyasi şərhçi təəssüf hissi ilə vurğulayıb ki, islam ölkələri üçün ən böyük bəla olan bu vəziyyətin Azərbaycana yoluxmaq ehtimalı var:

“Bu prosesi ölkədən kənarda olan soydaşlarımızın üzərindən etmək daha asandır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...