Böyük Britaniyada yaşayan azərbaycanlılar Novruz bayramı münasibətilə bir araya gəliblər.
Diaspora.tv xəbər verir ki, bu barədə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Böyük Britaniya təmsilçisi, London Azərbaycan Qadınlar Klubunun rəhbəri Sevil Aslanova məlumat verib.
O qeyd edib ki, yüz illərin ənənəsini özündə əks etdirən Novruz bayramı vətəndən kənarda yaşayan azərbaycanlılar üçün hər zaman birlik rəmzi olub:
“Hər il olduğu kimi bu il də bir araya gələrək Novruzu qeyd etdik. Tədbirimizdə milli musiqilərimizin, rəqslərimizin ifası ilə bir Azərbaycan yaşadıq. Uşaqlarımızın bayram adətlərindən irəli gələrək “yumurta döyüşü” onlarda xoş sevinc hissi yaratdı”.