Tarix: 13.07.2024 / 18:04
Soydaşlarımıza nümayiş üçün   filmlərimiz var?

Soydaşlarımıza nümayiş üçün filmlərimiz var?

“Təkçə qısametrajlı filmlər deyil, həmçinin bədii filmlərimiz də xarici ölkələrdə təbliğ edilməlidir”.

Bu sözləri Diaspora.TV-yə sabiq deputat Aqil Abbas deyib. O bildirib ki, bu gün Avropda yaşayan soydaşlarımıza nümayiş edilməsi üçün müəyyən qədər filmlərimiz var:

“Amma həmin filmlər istədiyimiz kimi deyil. Avropada qısa metrajlı deyil, tam metrajlı filmlər nümayiş olunmalıdır”.

Aqil Abbas hesab edir ki, bədii filmlər daha böyük qüvvəyə malikdir:

“Çünki daha böyük kütlə ona baxır, tam metrajlı filmlər isə televiziya üçündür. Qısametrajlı filmləri harada nümayiş edəcəyik? Efir lazımdır. Ama bədii filmər daha geniş aditoriya üçündür”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...