Tarix: 12 Avqust 2024 16:20 | Baxış sayı: 265
Azərbaycanlıların komandası Polşa kubokuna  sahib oldu

Azərbaycanlıların komandası Polşa kubokuna sahib oldu

Polşada soydaşlarımıza məxsus “Land of Fire” (“Odlar yurdu”) klubu minifutbol üzrə ölkə kubokunun qalibi olub.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, 64 komandanın mübarizə apardığı yarışda “Land of Fire” qrup oyunlarında 2 qələbə və 1 heç-heçə ilə növbəti mərhələyə adlayıb. Sonrakı qarşılaşmalarda Lodz, Varşava və digər şəhərlərin təmsilçilərini oyundan kənarlaşdıran “Land of Fire” komandası finala vəsiqə qazanıb.

Finalda “Land of Fire” turnirin favoriti sayılan, Torun şəhərini təmsil edən “3 Rogi Karneqo” komandasına 6:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Polşanın Katoviç şəhərini təmsil edən “Land of Fire” klubu qısa müddətdə böyük inkişaf yolu keçib. Cəmi 3 ildir qurulan klub bu qələbə ilə ən böyük uğuruna imza atıb. Bununla yanaşı, komanda oktyabr ayında Yunanıstanda keçiriləcək “Socca Çempionlar Liqası 2024”də iştirak hüququ qazanıb.

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır