Tarix: 13.06.2024 / 16:10
Soydaşlarımız radikal dini qrupların təsirinə düşə bilər   - AÇIQLAMA

Soydaşlarımız radikal dini qrupların təsirinə düşə bilər - AÇIQLAMA

“Bizdə elə bir qayda yoxdur. Ancaq qanunla 10 il əvvəl Qafqaz Müsəlmanları İdarəsinə xaricdə nümayəndəlik açmaq hüququ verilib”.

Bu sözləri Diaspora.TV-yə dini mövzular üzrə araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu böyük şəhərlərdə yaşayan azərbaycanlıların dini ibadətlərinin asanlaşdırılması məqsədilə həmin şəhərlərə din xadimlərinin təhkim olunması ideyasından danışarkən deyib.

K.Rövşənoğlu cəmi bir neçə ölkədə nümayəndəliklərin olduğunu vurğulayıb:

“Amma onlardan da çox istifadə olunmur. Türkiyə səfirlik və konsulluqları, İran səfirliklərində din işləri üzrə müşavirlər olur. Bir növ mədəniyyət mərkəzi kimi, amma bizdə o təcrübə yoxdur”.

“Bəzən soydaşlarımız xarici dövlətlərin yad ideologiyalarının təbliğatına uyur, xarici kəşfiyyatın təsiri altına düşürlər və bu sahədə ciddi problemlər varmı” sualına K.Rövşənoğlunun cavabı belə olub:

“Mən açığı indiyə qədər belə faktla rastlaşmamışam. Amma nəzəri olaraq bəli, əlbəttə, xarici ölkələrin, yaxud da radikal dini qrupların təsirinə düşə bilərlər və ya düşürlər. Ümumiyyətlə, indi dünyada bir çox ölkələr bu məsələyə həssas yanaşır. Azərbaycanda 1990-cı illərdə ölkədə xarici dini təbliğatçılara fəaliyyət icazəsi versə də sonradan onları ölkədən çıxardı və qanunla qadağan edildi”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...