Tarix: 11.07.2024 / 10:48
Soydaşlarımız olsalar da xarici ölkə vətəndaşlarıdırlar...   - RƏY

Soydaşlarımız olsalar da xarici ölkə vətəndaşlarıdırlar... - RƏY

“Ölkəyə giriş-çıxış Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ümid Partiyası sədrinin Diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə müavini Elman Abbasov ölkəyə giriş-çıxış prosedurlarının sadələşdirilməsinin effektivliyindən danışarkən deyib.

E.Abbasovun sözlərinə görə, vətənə giriş-çıxış qaydaları nə qədər sadə olsa, ölkəyə bir o qədər çox turist gələr:

“Onlar bizim soydaşlarımız olsa da xarici ölkə vətəndaşları sayılır. Qaydalar nə qədər əlçatan olsa, bir o qədər də cəlbedici olacaq. Nəinki soydaşlarımız, hətta xaricilər də Azərbaycana gəlməkdə maraqlı olacaq. Düşünürəm ki, ölkəyə giriş-çıxış qaydaları daha da sadələşməlidir”.

Ölkəyə gələn xarici ölkə vətəndaşları olan soydaşlarımızın cərimələnməsi məsələsinə toxunan Elman Abbasov hər kəsi qanunvericiliyə uyğun şəkildə davranmağa səsləyib:

“Cəriməyə gəldikdə, prosedur qaydalar, yəni vətəndə qalma və uzatma müddəti var. Qanunlara əməl etməyəndə qanunvericiliyə uyğun cərimələr olacaq. Biz cərimələrin aşağı olmasının tərəfdarıyıq. Əgər biz Azərbaycanda turizmi inkişaf etdirmək istəyiriksə, prosedur qaydaları sadələşdirməliyik”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...