Tarix: 04.07.2024 / 10:15
Soydaşlarımız həm də milli diplomatiyanın bir parçalarıdır   - Hikmət Babaoğlu

Soydaşlarımız həm də milli diplomatiyanın bir parçalarıdır - Hikmət Babaoğlu

"İstəlinən qanun yaradıcılığı prosesində qanunvericilik təsəbüsü ilə çıxış edən subyektin rəyi, fikirləri nəzərə alınır. Heç şübhəsiz ki, “Soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi ilə bağlı müzakirələr zamanı qanunun tətbiq olunacağı bütün subyektlərlə məsləhətləşmələr, dinləmələr aparılır və onların təşəbbüsləri nəzərə alınır”.

Bu sözləri Diaspora.TV-yə Milli Məclisin sabiq deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, əks təqdirdə mükəmməl qanun yaratmaq mümkün deyil:

“Hazırda diaspora nümayəndələri hər nə qədər yaşadığı ölkələrdə Azərbaycanın təmsilçiləridirlərsə, bir o qədər də milli diplomatiyanın bir parçalarıdır. İstər-istəməz yaşadıqları ölkənin ictimaiyyəti ilə insiyyətdə olan zaman həm Azərbaycanı təmsil edir, həm də Azərbaycan diplomatiyasını təqdim etməyi bacarırlar. Azərbaycanın məqsədləri, mövqeyi haqqında ətrafdakılarını bilgiləndirirlər”.

Hikmət Babaoğlu hesab edir ki, diaspor nümayəndələri yaşadıqları ölkələrlə vətənləri arasında mühüm bir etimad, mədəniyyət, diplomatiya körpüsüdür:

“Şübhəsiz ki, qanunvericilik yaradıcılığında onların bu fəaliyyətinin həm də qanunu əsaslarla olmasına ayrıca diqqət yetirilir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...