Tarix: 27.10.2024 / 20:30
Soydaşlarımız “Gürcü arzusu”nun qələbəsinin    neçə faizini təmin ediblər?

Soydaşlarımız “Gürcü arzusu”nun qələbəsinin neçə faizini təmin ediblər?

"Seçkilərin nəticələri göstərir ki, Gürcüstan xalqı Cənubi Qafqazda cərəyan edən oyunların fərqindədir".

Diaspora.TV xəbər verir ki, bu barədə açıqlama ilə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxış edib.

M.Ələsgərli bildirib ki, seçicilər Gürcüstanı Ermənistanın yanına qatıb Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən Qərb siyasi çevrələrinə, onların boyunduruğunda sürünən müxalif qüvvələrə “yox” dedilər:

"Önəmli məqamlardan biri də budur ki, Gürcüstanda yaşayan azərbaycanlıların məskunlaşdıqları bütün regionlarda səs faizi hakim partiyanın nəfinə olub. Soydaşlarımız “Gürcü arzusu”nun bu seçkilərdə öz mövqeyini qoruyub saxlaması üçün əldə etdiyi səslərin 8 faizini təmin ediblər".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeni təbrik edib.

Şərhlər

Yaz...