“Düşünürəm ki, xarici ölkələrdə yaşayan soydaşlarımız həm Bakı ilə təmaslarını intensivləşdirməli, həm də Azərbaycana qarşı ola biləcək həmlələrin qarşısının alınmasında fəaliyyətlərini artırmalıdırlar”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq İkinci Qarabağ müharibəsindən sonra xarici ölkələrdəki Azərbaycan diasporunun üzərinə böyük vəzifələr düşdüyünü önə çəkib:
“Çünki ikinci Qarabağ müharibəsindən sonra bir sıra Avropa, Amerika, Fransa və digər ölkələrdə anti-Azərbaycan açıqlamaları artıb. Buna qarşı mübarizə aparılmalıdır. Özü də tək Azərbaycan hökuməti deyil, xarici ölkələrdə yaşayan soydaşlarımız, təşkilatlarımız da mübarizəyə qoşulmalıdır. Düzdür, xarici ölkələrdə “Azərbaycan evləri” formalaşır. Amma “Azərbaycan evləri” orada işlərini daha da gücləndirməlidirlər”.
Jalə
Diaspora.TV