Tarix: 03.07.2024 / 13:40
Soydaşlarımız bu müzakirədə iştirak edə bilməzlər   - SƏBƏB?

Soydaşlarımız bu müzakirədə iştirak edə bilməzlər - SƏBƏB?

“Xarici ölkə vətəndaşı olan soydaşlarımız Azərbaycan dövlətinin qanunlarının müzakirəsində iştirak edə bilməzlər”.

Bu sözləri Diaspora.TV-yə sabiq deputat Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, onlar yalnız prinsiplərə dair öz mövqelərini bildirə bilərlər:

“İstəlinən qanunun müzakirəsindən əvvəl onun layihəsi maraqlı tərəflərə göndərilir və onların hər birinin rəyləri öyrənilir. Diasporla bağlı qanun layihəsində Diasporla İş üzrə Dövlət Komitəsinin, təşkilatlarının rəyləri öyrənilir. Əvvəldən qanunun əsas prinsipləri elan edilir, layihə paylanılır və müzakirələrdə bütün təkliflər nəzərə alınır”.

Aydın Mirzəzadə həmin şəxslərin əksəriyyətinin xarici ölkə vətəndaşı və xaricdə yaşadıqlarını qeyd edib:

“Onlar istəsələr müzakirələrə açıq olurlar”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...