Tarix: 17.07.2024 / 19:03
Soydaşımızın filmi  Beynəlxalq Festivalda  nümayiş olunub

Soydaşımızın filmi Beynəlxalq Festivalda nümayiş olunub

ABŞ-nin Minnesota ştatında təhsil almış həmyerlimiz Şəmsi Tağıyevin ssenari müəllifi və rejissoru olduğu "Local Refugees" (Yerli Mühacirlər) filmi İtaliyanın Milan şəhərində keçirilən “Duemila30” Beynəlxalq Film Festivalında nümayiş olunub.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbər verir ki, soydaşımızın filminin nümayiş olunduğu bu festivala 25-dən çox ölkədən 200-ə yaxın film qatılıb.

Qeyd edək ki, "Local Refugees" (Yerli Mühacirlər) filmi 1862-cı ildə Amerikanın yerli əhalisi olan hindilər və Avropadan gələn köçkünlər arasında baş vermiş “Sioux” (Siu) müharibəsinin acı nəticələrindən, illər sonra iki millətin bir-biri ilə barışması və köhnə yaraları sağaltmaq üçün atılan addımlardan bəhs edən qısametrajlı sənədli filmdir.

Film ümumilikdə 8 Beynəlxalq Film Festivalına qəbul qazanıb, biri Tarix Simpoziumu olmaqla, ABŞ-də keçirilmiş 3 müxtəlif Təhsil və Araşdırma Simpoziumunda nümayiş etdirilib və 4 qrant müsabiqəsində qalib gəlib.

Filmin rejissoru və ssenari müəllifi Şəmsi Tağıyev, rəhbəri Dr. Elizabet Sandel, rejissor assistenti Amal Şərəfqocayeva, xətt prodüseri Ryuto Haşimotodur.

Qeyd edək ki, film festival çıxışlarını bitirdikdən sonra payız fəslində onlayn video platformalar vasitəsilə yayımlanacaq.


Şərhlər

Yaz...