Tarix: 02.12.2024 / 16:38
Soydaşımızın COP29-la bağlı məqaləsi İtaliya mediasında    dərc olunub

Soydaşımızın COP29-la bağlı məqaləsi İtaliya mediasında dərc olunub

İtaliya mediasında Riqa Texnik Universitetinin tələbəsi Mehran Camalxanlının Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-la bağlı məqaləsi dərc olunub.

Diaspora.TV xəbər verir ki, tədbirin əhəmiyyətindən bəhs edən müəllif konfransın iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq, ekoloji problemlərinin qarşısını almaq üçün bir platforma rolunu oynadığını vurğulayıb. Bəzi Qərb ölkələri tərəfindən COP29-a qarşı aparılan boykotun nəticəsiz qaldığını da diqqətə çatdırıb.

Mehran Camalxanlı məqaləsində zəngin təbii resurslarına baxmayaraq, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə ciddi addımlar atdığını yazıb. Ölkəmizin COP29 çərçivəsindəki fəaliyyətinin qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfədən bəhs edib.

Qeyd edək ki, Mehran Camalxanlı Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanovun oğludur.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:


Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.


Şərhlər

Yaz...