“Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Stavropol diyarı üzrə nümayəndəsi Vüsal Həmidov sərbəst güləşdə qazandığı qələbələrini Azərbaycan xalqına həsr edib.
Bu barədə Diaspora.TV-yə “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Yarıyev məlumat verib.
O əlavə edib ki, V. Həmidov gənclər arasında keçirilən güləş üzrə rayon yarışında 3-cü, "İllik sərbəst güləş turniri"ndə isə 2-ci yeri bayrağımıza həsr edib.