İsveç Krallığının Stohkolm şəhərində yaşayan soydaşımız Məmməd Süleymanov daha bir uğura imza atıb.
Bu barədə məlumatı Diaspora.TV-yə İsveç Azərbaycanlıları Konqresindən veriblər.
Məlumatda bildirilir ki, Stohkolmda keçirilən İsveç çempionatında soydaşımız Məmməd Süleymanov Yunan-Roma və sərbəst güləşdə rəqiblərinə qalib gələrək daha 2 qızıl medal qazanıb.
Qeyd edək ki, İsveç Azərbaycanlıları Konqresinin fəallarından olan Məmməd Süleymanov həm də İsveç Miqrasiya İdarəsində çalışır.
Rufat Mirzayev
Super. Tabriklär.
26.05.2024 / 18:06