ABŞ-nin Miçiqan Universitetinin ən nüfuzlu və yüksək UM “Weiser” fəxri post-doktoral təqaüdünə layiq görülən Nərgiz Hacıyeva həmin universitetdə tələbələrə dərs deməyə başlayıb. N.Hacıyeva bu statusda olan ilk və yeganə azərbaycanlıdır.
Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlılarının sosial media platforması məlumat yayıb.
Soydaşımız siyasi elmlər üzrə ən yaxşı universitetlərdən biri olan Miçiqan Universitetində (UM) tələbələrə “Siyasi elmlər” və “Enerji siyasəti” fənlərini tədris edir.
O, bununla həmçinin “Weiser” Avropa və Avrasiya Mərkəzində, “Siyasi Elmlər” Departamentində və UM “Ross” Biznes Məktəbində tədqiqatlar aparacağaq.