Almaniyada yaşayan soydaşımız Dr. Elxan Sadıq-Zadə ABŞ-nin Stenford Universiteti və “Elsevier” jurnalı tərəfindən ardıcıl ikinci ildir ki, dünyanın ən yaxşı alimlərinin 2 faizindən ibarət reytinq cədvəlinə daxil edilib.
Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, bu uğuru ətraf mühit, enerji və resurs iqtisadiyyatı, inkişafın idarə edilməsi və iqtisadiyyat sahəsindəki fəaliyyətinə görə qazanıb. Dr. Elxan Sadıq-Zadə bu reytinqdə #RuhrUniversityBochum həştəqini təmsil edib.
Qeyd edək ki, Dr. Elxan Riçard Sadıq-Zadə Azərbaycan diasporunun fəal üzvlərindən biridir.