Tarix: 26.09.2024 / 16:01
 Soydaşımız BMT-nin Baş Qərargahında keçirilən sammitdə    iştirak edib

Soydaşımız BMT-nin Baş Qərargahında keçirilən sammitdə iştirak edib

ABŞ-də yaşayan soydaşımız, Amerika Universiteti Beynəlxalq Xidmət Məktəbinin Qlobal İdarəçilik, Siyasət və Təhlükəsizlik proqramının magistri, Florida ştatında Amerika Azərbaycan Gənclər Assosiasiyasının həmtəsisçisi Aydın Eminov cari ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında keçirilən “Gələcək naminə Sammit”də (Summit of the Future) iştirak edib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Sammitin keçirilməsində məqsəd hamı üçün ədalətli gələcəyin təmini naminə davamlı inkişaf, sülh, iqlim dəyişikliyi və qlobal idarəetmə kimi məsələlərin həlli yollarının hazırlanması işinə maraqlı tərəflərin cəlbidir.

Soydaşımız Aydın Eminov tədbirə Malayziyada fəaliyyət göstərən “Cross Border Insights”(CBI) şirkətininin təmsilçisi qismində qatılıb. Sammitdə gənclərə xüsusi önəm verilib, qlobal əməkdaşlıqda gənclərin iştirakının təmini məqsədilə “Gələcək üçün gənc lider (#YouthLead): Biz hamı üçün daha yaxşı dünya vədinə inanırıq” mövzusunda panel iclası olub.

Qeyd edək ki, gənclərlə yanaşı, BMT-nin Baş katibi, təşkilatın yüksək vəzifəli şəxsləri, dövlət və hökumət başçıları, nazirlər, Nobel mükafatı laureatları, özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri, akademik dairələrin, yerli və regional hakimiyyət orqanlarının təmsilçiləri də sammitin iştirakçıları sırasındadır.






Şərhlər

Yaz...