Tarix: 27.05.2024 / 08:37
Soydaş-səfir-konsul münasibətləri  qənaətbəxşdirmi?

Soydaş-səfir-konsul münasibətləri qənaətbəxşdirmi?

“İnternetlə konsulluq şöbəsindən rahatlıqla məlumat alıram”.

Bu sözləri Diaspora.TV-yə politoloq, Türkiyədə yaşayan azərbaycanlı soydaşımız Toğrul İsmayılov soydaş-səfir-konsul münasibətlərindən danışarkən deyib.

Politoloq bu münasibətlərdən razı olduğunu qeyd edib:

“Şəxsən mənim problemim yoxdur, məmnunam. Ödənişlər bank vasitəsilə aparılır, konsulluqda sənədlər hazır şəkildə təqdim edilir. Tərcümə və notarius işləri isə xüsusi tərcümə mərkəzlərində edilir. Azərbaycanın Ankaradakı səfirliyi və konsulluğu mənə görə qənaətbəxş səviyyədə çalışır. Şəxsən mən və ailə üzvlərim indiyə qədər hər hansı bir problemlə qarşılaşmayıb”.

T.İsmayılov son illər soydaş-səfir-konsul münasibətlərinin bu şəkildə davam etdiyini xüsusi qeyd edib.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...