Tarix: 21.10.2024 / 14:00
Şovinistlərdən xəbərdarlıq:    “Rus dilini öyrənənlər vəhşi dağlılar və əclaflar deyil..."

Şovinistlərdən xəbərdarlıq: “Rus dilini öyrənənlər vəhşi dağlılar və əclaflar deyil..."

Telegram platformasında “Rus İcması (Nalçik)” adlı yeni kanal yaranıb.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, kanalda üzləri örtülmüş kişilərdən ibarət qrup fotoşəkilləri yerləşdirilib.

İddialara görə, onlar “ekstremist hücrələri aşkar etmək və aradan qaldırmaq üçün polislə birlikdə şəhərdəki ibadət evlərinə və məscidlərə basqın etmək” vəzifəsini daşıyan bir qrup rusdur.

Kanalda bildirilir ki, Nalçikinin əsasını rus xalqı qoyub inkişaf etdirib :

“Hətta SSRİ dövründə olduğu kimi, ruslar özlərinin əsas missiyasını – Qafqazın inkişafı və müstəmləkələşməsini unutmadılar"-deyə, qeyd olunur.

Bildirilir ki, indi rus torpaqları “xarici” işğalçılar tərəfindən zəbt olunur (işğalçının konkret kim olduğu göstərilmir) və “əsl rus xalqı” icma yaratmaq və asayişi bərpa etməyə qərar verilib.

Qroznı, Mahaçqala, Çerkessk və Vladiqafqazda da oxşar icmaların yaradıldığı və fəaliyyət göstərdiyi bildirilir.

Amma nə Ədliyyə Nazirliyi, nə də hüquq-mühafizə orqanları belə icmaların qanunla müəyyən edilmiş qaydada qeydiyyata alındığını təsdiqləyiblər.

Onlarsa yazırlar:

“Qeyri-ruslar "rus dilini öyrənəndə rus millətinə xəyanət etməyə meylli vəhşi dağlılar və əclaflar deyil, həqiqətən bizim xalqımız olacaqlar".

Kanalın yazıları şərh etmək funksiyası yoxdur və buna baxmayaraq adminləri yazır:

“Nalçik şəhərinin rus icması Qafqaz faşistlərinin hücumuna məruz qalıb. Təxribatçılar, cəhd etməyin, Rusiya İcması Qafqazda rus xalqına kömək etməkdə davam edəcək”.

Yəqin ki, daha inandırıcı görünmək üçün kanal müəllifləri yazırlar ki, qafqazlılar da “adekvat” ola bilərlər:

“Adekvat qafqazlılar Rusiyanın vətənpərvərləridir, “rus hakimiyyəti və rus xalqı üçün başlarını qoymağa hazırdırlar. Bunlar məşhur “vəhşi diviziya”, sonra Qırmızı Ordunun tərkibində Qafqaz əsgərləri idi. Bu gün isə Şimal Hərbi Dairəsinin əsgərləridir. Nümunə olaraq Rusiya Qəhrəmanı - Kabardin-Balkardan olan Timur Tamazova diqqət yetirmək təklif olunur.

Göründüyü kimi, Rusiyada qeyri-ruslara qarşı rus faşizminin yeni dalğası baş qaldırır. Əgər Rusiya qanunverici və hüquq-mühafizə orqanları tərəfindən qeyri-ruslara qarşı yürüdülən açıq şovinist siyasət olmasaydı, qeyd edilənləri hansısa şovinist qruplaşmanın məhsulu sanmaq olardı. Lakin son bir ildə rus olmayanlara qarşı baş verənlər bu tendensiyanın Rusiya hakimiyyət çevrələrindən qaynaqlandığını deməyə əsas verir.

Şərhlər

Yaz...