Sosial platformalarda fotolarımız gəzir, ermənilərin hədəfindəyik – Aytən Muradova
“Mən Qazaxda ziyalı ailəsində anadan olmuşam. Atam həkim, anam isə Ədəbiyyat müəllimi olub. Uşaq vaxtından musiqiyə, ədəbiyyata sevgi ilə böyümüşük”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü Aytən Muradova bildirib.
A.Muradova ailəsinin fransız dilinə hörmətinin maraqlı tarixi olduğunu bildirib:
“Ata babam müharibə vaxtı düşərgədə olub. Onun sağ qalmasına bir fransız həkim çox kömək edib. Bu hadisə Fransız dilini öyrənməyə marağımı artırdı, Xarici Dillər İnstitutunu bitirdim. O zaman Sumqayıtda fransızlar işləyirdi, məni işə götürdülər və tərcüməçi kimi çalışmağa başladım. Sovet vaxtı Özbəkistanda, Rusiyada texniki tərcüməçi işləmişəm. Yanvar hadisələrindən sonra başa düşdüm ki, Rusiyada qala bilmərəm. Dostlarım kömək etdi, Fransaya köçdüm”.
A.Muradova bildirib ki, ilk illər Fransada onun üçün çox çətin olub:
“Azərbaycanda müharibə gedirdi, informasiya almaq çətin idi. Fransada olmağıma baxmayaraq, ürəyim Vətənlə döyünürdü. O zaman Fransada çox az idik. Əsasən Güney azərbaycanlılar var idi. Ramiz Abutalıbov bizimlə tez-tez maraqlanırdı. O zaman az imkanlarla Qarabağa aid 3 kitab nəşr etmişdik. Mənim bir vətənpərvər kimi formalaşmağımda Ramiz Abutalıbovun əməyi çox olub, mənə azərbaycançılığı öyrədib. Bir gün dedi ki, “Theatre de la Ville” - Parisin şəhər teatrına tərcüməçi axtarır, Alim Qasımov gələcək. Getdim, məni qəbul etdilər. O vaxtdan başladım həmin teatrla Azərbaycan və Orta Asiya ilə işləməyə. Demək olar ki, hər il bir Azərbaycan muğam qrupunu dəvət edirdik, onlarla müxtəlif festivallara gedirdik. Azərbaycan muğamını burada çox sevirlər”.
A.Muradovanın sözlərinə görə, bütün bu proseslər imkan verdi ki, o Azərbaycan musiqiçiləri ilə tanış olsun, ünsiyyət qursun:
“Bir gün qardaşımın dostu Şahin Növrəsli konsertini təşkil etməyimi istədi. Dedim axı mən müstəqil heç vaxt iş görməmişəm. Əlbəttə, risk etdim, bir yer tapıb konserti keçirdik. Konsert izdihamla keçdi. Beləliklə, başladım konsertlər təşkil etməyə. Bu konsertlər əsasən Azərbaycan musiqisini tanıtmaq məqsədi daşıyırdı. Təbii ki, ya səfirliyin, ya da Diaspora Komitəsinin dəstəyi ilə keçirilirdi”.
A.Muradova hazırda Fransa-Azərbaycan Dialoq Assosiasiyasına rəhbərlik etdiyini bildirib:
“Bütün tədbirləri bu qurum vasitəsilə həyata keçiririk. İki ildir “Natavan” həftəsonu məktəbi yaratmışıq. Mən neçə illər Rusiyanın bir jurnalının Fransada nümayəndəsi olmuşam və bu mənə imkan verib ki, media aləmindən də çox adam tanıyım. Əlbəttə, əsas işim Azərbaycanı tanıtmaqdır. Bu çox çətin bir işdir, böyük enerji və vəsait tələb edir. Enerjimiz var, amma vəsaitimiz yoxdur. Yenə də nə isə etməyə çalışırıq. Müharibə vaxtı hətta ermənilər yazdılar ki, Azərbaycan qrupları sosial şəbəkələrdə operativ işlədilər”.
Assosiasiya rəhbəri vurğulayıb ki, Fransa son zamanlar Ermənistana çevrilib:
“Belə olan halda bizim işlərimiz daha da çətinləşib. Xocalı tədbirlərinə, Qarabağla bağlı filmin nümayişinə hücum ediblər. Sosial platformalarda fotolarımızı yayırlar, ermənilərin hədəfindəyik. Amma mübarizə davam edir”.
Mən Azərbaycan Respublikasının Əməkdar artisti qanun(kanon)ifaçısıyam. Aytən xanımla uzun illərdirki əməkdaşlıq edirəm. Aytən Muradovanın təşəbbüsü və dəstəyi ilə dünyanın bir çox mötəbər, beynəlxalq festivallarında Öz"İnci" qrupumla konsert proqramları ilə çıxışlar etmişəm. Bir azərbaycanlı kimi Aytən xanımın Azərbaycan musiqi mədəniyyətinin təbliğində böyük əməyi və zəhməti vardır. Bu işində ona can Sağlığı möhkəm iradə diləyirəm. Çox hörmətlə.
24.05.2024
Mən Aytən Xanımla ilk dəfə 2000-ci İldə Fransada tanış olmuşam. Bizim gözəl sənətkarımız kaman ustası Elşən Mansurov bizi seçib aparmışdı Fransa və Almaniyada keçirilən silsilə Konsert Proqramlarına. Və bu 1 aylıq möhtəşəm Konsertlərin yaradıcısı məhz Aytən xanım idi. Və o gündən bu günə onunla olan isti Münasibətimiz davam edir. Məhz onda Aytən xanımın canında necə vətən sevgisi, milli Musiqimizə aşiq olmasının şahidi oldum. Aytən Xanıma daim yaradıcılıq uğurları arzulayıram.
Biz 1990cı illərdən tanıyırıq birbirimizi.Aytən xanım uzun illərdir Azərbaycan musiqisini mədəniyyətini Fransa və avropada tanıdır. Bu yolda nə vaxtını,malını,canını əsirgəmir. Qürbət ölkədə bu işləri hər adam görə bilməz.Dəfələrlə ermənilərin hücumuna məruz qalsa da heç vaxt geri çəkilməyib.Allah Sizi qorusun Aytən xanım.Sizə can sağlığı ,fədakar işinizdə uğurlar arzu edirəm.
Mən bir tar ifaçısıyam Azərbaycan respublikasının əməkdar artistiyəm.Aytən xanımın dəstəyi ilə fransada bir çox konsertlərdə iştirak etmişəm.aytən xanım əsl azərbaycanlıdır.azərbaycan mədəniyyətini çox yüksək səviyyədə avropada tanıdır və böyük işlər görür.bu işdə aytən xanım sizə uğurlar arzulayıram .həmişə sizin yanınızdaıq.
Əliyeva Təranə Mehdi qızı
Mən Azərbaycan Respublikasının Əməkdar artisti qanun(kanon)ifaçısıyam. Aytən xanımla uzun illərdirki əməkdaşlıq edirəm. Aytən Muradovanın təşəbbüsü və dəstəyi ilə dünyanın bir çox mötəbər, beynəlxalq festivallarında Öz"İnci" qrupumla konsert proqramları ilə çıxışlar etmişəm. Bir azərbaycanlı kimi Aytən xanımın Azərbaycan musiqi mədəniyyətinin təbliğində böyük əməyi və zəhməti vardır. Bu işində ona can Sağlığı möhkəm iradə diləyirəm. Çox hörmətlə. 24.05.2024
24.05.2024 / 18:38