Tarix: 15.05.2024 / 13:26
Sosial media fəalları  İran rejiminin hədəfində

Sosial media fəalları İran rejiminin hədəfində

İranı rejimi Güneydə azərbaycanlılara qarşı həbsləri davam etdirir.

Diaspora.TV xəbər verir ki, İranda İnsan Haqları Təşkilatına məlumatına görə dünən Ərdəbil əyalətinin polis qüvvələrinin komandanı Cavad Nəqəvi 4 sosial media fəalının həbs olunduğunu və 435 “İnstagram” hesabının fəaliyyətinə qadağa qoyulduğunu açıqlayıb.

Onun sözlərinə görə, daha öncə saxlanılan 6 nəfər dindirilib. Bununla yanaşı, məcburi hicabın tətbiqini nəzərdə tutan “Nur” layihəsinin icrasından bəri FƏTA (Kiberməkana Nəzarət) Polisi tərəfindən 15 nəfər haqqında cinayət işi açılıb.

Rejim qüvvələri bildirib ki, saxlanılan sosial media fəalları kiberməkanda bəzi normaları pozublar.

Şərhlər

Yaz...