Tarix: 02.10.2024 / 10:42
Son bir ildə Azərbaycandan İsrailə nə qədər adam    köçüb?

Son bir ildə Azərbaycandan İsrailə nə qədər adam köçüb?

İsrail hökumətin açıqladığı məlumatlara görə, son bir ildə müharibə getməsinə baxmayaraq, İsrailə təxminən 31 min immiqrant gəlib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Qayıdış və İnteqrasiya Nazirliyinin açıqladığı məlumatlara görə, mühacirlərin böyük əksəriyyəti Rusiyadan, ardınca ABŞ və Kanadadan gəlib.

Demək olar ki, 20 000 yeni repatriant Rusiyadan, təxminən 3350 nəfər isə ABŞ və Kanadadan gəlib. Fransadan 1820-dən çox, Ukraynadan 980, Belarusdan 975, Böyük Britaniyadan 560, Argentinadan 450-dən, Gürcüstandan 300-dən çox, Cənubi Afrikadan 280, Braziliyadan 250, Özbəkistandan 220, Almaniyadan 160, Avstraliyadan 135, Meksikadan 130 və Qazaxıstandan 100-dən çox yəhudi gəlib. Azərbaycandan gələnlərin sayı isə 150 olub.

Builki immiqrantların 31 faizi 18-35 yaş arasında, 20 faizi isə gəncdir. On faizi 66 və daha yuxarı yaşdadırlar.

Bu il gələnlərin yarıdan bir qədər çoxu (52,5%) qadın və qızlardır.

Şərhlər

Yaz...