Tarix: 20.09.2024 / 08:46
Son bir ildə 2 milyon miqrant  Rusiyanı niyə tərk etdi?

Son bir ildə 2 milyon miqrant Rusiyanı niyə tərk etdi?

2024-cü ilin sentyabr ayının əvvəlinə olan rəsmi məlumatlara görə, Rusiyada 6,2 milyon əcnəbi vətəndaş qeydiyyata alınıb. Bir il əvvəl isə bu rəqəm 8,5 milyon nəfər olub.

Diaspora.TV rəsmi idarələrin hesabatlarına istinadən xəbər verir ki, son bir ildə orada yaşayan 2 milyondan çox xarici vətəndaş Rusiyanı tərk edib.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin sentyabrın 18-də verdiyi məlumata görə, hazırda ölkədə 6,17 milyon xarici vətəndaş qeydiyyatdadır.

“Bu il sentyabrın 1-nə Rusiyada olan və miqrasiya qeydiyyatı üzrə dövlət informasiya sistemində məlumatlar olan əcnəbi vətəndaşların sayı 6 milyon 174 min 777 nəfər təşkil edib”, - nazirlikdən bildirilib. Eyni zamanda, bütün 2023-cü ildə Rusiya Federasiyasında miqrasiya üçün 8,5 milyondan çox insan qeydiyyatdan keçib. Bu məlumatı isə iyunun sonunda Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova verib:

“MDB-yə üzv ölkələrin vətəndaşlarının əksəriyyəti Rusiyada işləyir. 2023-cü ildə ərazimizə 9 milyon 973 min 338 nəfər köçüb. Onlardan 8 507 906 nəfər miqrasiya üçün qeydiyyata alınıb”, - deyə Moskalkova bildirib.

Şərhlər

Yaz...