Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında Azərbaycan diasporunun mövcud olduğu ölkələrin xarici siyasətinə təsir imkanları ətrafında müzakirələr aparılıb.
Politoloq Yeganə Hacıyevanın qonaq olduğu verilişdə həmçinin Azərbaycan diasporunun dinamikası, lobbiçilik məsələləri, mövcud problemlər ətrafında fikir mübadiləsi aparılıb.