Tarix: 27.08.2024 / 23:15
Almaniya miqrantların deportasiyasına  qərar verdi

Almaniya miqrantların deportasiyasına qərar verdi

Almaniya kansleri Olaf Şolz bildirib ki, ölkə hakimiyyəti Solingen şəhərində baş verən qırğından sonra qeyri-qanuni miqrantların deportasiyası üzrə tədbirləri gücləndirmək niyyətindədir.

Diaspora.TV xəbər verir ki, bu barədə Spiegel yazıb.

"Almaniyada qala bilməyən və hüququ olmayan insanlar vətənə qaytarılmalıdır" deyə Şolz bildirib.

O.Şolz qeyd edib ki, il ərzində Almaniyada qeyri-qanuni miqrantların deportasiyalarının sayı 30% artıb. Hökumət bu rəqəmi artırmaq üçün bu məsələ üzərində işi davam etdirəcək.

Almaniya kansleri həmçinin ölkədə silah qanunlarını sərtləşdirəcəyini vəd edib.

Xatırladaq ki, ötən cümə axşamı bıçaqla silahlanmış şəxs Solingen şəhərinin 650 illiyi şərəfinə festivala gələn insanlara hücum edib . Nəticədə 3 nəfər həlak olub, 8 nəfər yaralanıb. Daha sonra 26 yaşlı suriyalı gənc törətdiyi cinayəti etiraf edib.

Şərhlər

Yaz...