Tarix: 07.10.2024 / 17:50
Soçidən Bakıya yeni reys    açılacaq

Soçidən Bakıya yeni reys açılacaq

Oktyabrın 28-dən etibarən Soçidən Bakıya yeni U6-2663/2664 birbaşa reysi fəaliyyətə başlayacaq. "Ural Hava Yolları" həftədə iki dəfə uçuşlar həyata keçirəcək.

Diaspora.TV xəbər verir ki, bu barədə Soçi hava limanının mətbuat xidməti məlumat yayıb.

Uçuşlar Airbus A320 təyyarələrində həyata keçiriləcək. Bazar ertəsi Soçidən uçuş saat 14:00-da, cümə axşamı saat 15:00-da olacaq. Uçuş müddəti isə 1 saat 55 dəqiqədir. Əks istiqamətdə uçuşlar çərşənbə axşamı və cümə günləri müvafiq olaraq saat 2:25 və 3:30-da yerinə yetiriləcək. Uçuş müddəti iki saat olacaq.

"Ümid edirik ki, müəyyən bir marşrut üzrə aviaşirkətlərin sayının artması biletlərin qiymətinin azalmasına və sərnişin axınının artmasına gətirib çıxaracaq ki, bu da həm aviaşirkətlərin, həm də hava limanının inkişafına müsbət təsir göstərəcək", - deyə Soçi hava limanının idarəedici direktoru Aleksey Komarov bildirib.

Qış mövsümündə Soçidən Azərbaycanın paytaxtına uçuşlar Azimut və Azərbaycan Hava Yolları tərəfindən həyata keçiriləcək. Birincisi həftədə iki dəfə, ikincisi isə üç dəfə uçuş həyata keçirəcək.

Şərhlər

Yaz...