Tarix: 29 Oktyabr 2024 14:09 | Baxış sayı: 207
Soçi-Bakı reysinin ilk sərnişinlərinə    hədiyyə verildi

Soçi-Bakı reysinin ilk sərnişinlərinə hədiyyə verildi

Artıq 157 sərnişin Soçi Hava Limanından Bakıya yeni reyslə yola düşüb.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, oktyabrın 28-də Soçidən Azərbaycanın paytaxtına yeni aviareys açılıb. Artıq Bakıya 157 nəfər yola düşüb. Onların hamısına xatirə kimi açıqcalar, həmçinin hava limanının və daşıyıcı şirkətin loqoları olan lolipoplar və zəncəfilli peçenyelər təqdim olunub.

“İlk qeydiyyatdan keçən Pavlovdan olan idmançılar ailəsi idi: Kirill, Anna və Kira Rusyayevlər. Ənənəyə uyğun olaraq, onlara hava limanından brend suvenirlər və aviaşirkətin hədiyyələri təqdim olunub”, - deyə Soçi Hava Limanının mətbuat xidmətindən bildirilib.

Uçuşlar həftədə iki dəfə Airbus A320 təyyarələri ilə planlaşdırılır. Soçidən Bakıya uçuşlar bazar ertəsi yerli vaxtla saat 14:00-da və cümə axşamı saat 15:00-da həyata keçiriləcək. Geriyə uçuşlar çərşənbə axşamı saat 02:25-də və cümə günü saat 03:30-da planlaşdırılır. Səyahət vaxtı təxminən iki saat olacaq.

Beləliklə, indi üç aviaşirkət Soçidən Bakıya uçuşlar həyata keçirəcək.

Bundan əvvəl bildirilmişdi ki, kurort hava limanının payız-qış cədvəlində 71 uçuş marşrutu nəzərdə tutulub.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs