Tarix: 14.10.2024 / 11:27
 Emin Ağalarov mümkün olmayanı etdi   - Kseniya Sobçak

Emin Ağalarov mümkün olmayanı etdi - Kseniya Sobçak

Məşhur rusiyalı teleaparıcı, jurnalist Kseniya Sobçak sosial şəbəkə hesabında Moskvada yaşayan azərbaycanlı iş adamı Emin Ağalarovun iştirakı ilə “Diqqət: Sobçak” layihəsinin çəkilişləri ilə bağlı Azərbaycanın paytaxtına son səfərindən danışıb.

Diaspora.TV xəbər verir ki, K.Sobçak deyib ki, onun Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” kurort və yaşayış kompleksinə ilk gəlişi 3 il əvvəl olub:

“O vaxt bura kiçik otel, kiçik restoran və bir neçə ev idi. Emin Ağalarov iddialı planlarından danışdı, amma işin miqyasını və vaxtını dəyərləndirərkən əmin oldum ki, bu, mümkün deyil”.

Jurnalistin sözlərinə görə, bura qayıdıb, əhatə dairəsini öz gözləri ilə görən bütün şübhələri tamamilə aradan qalxıb:

“Bu gün “Sea Breeze” Xəzər sahilindən 22 km məsafədə yerləşən inkişaf etmiş infrastruktura malik tam hüquqlu elit kurortdur. Onlarla restoranlar, apart-otellər, yaşayış kompleksləri və sosial obyektlər “şəhər daxilində şəhər” anlayışını tam əks etdirir. Əminəm ki, tezliklə burada həyat qaynamağa başlayacaq, Bakıda əsl “Rublyovka”ya çevriləcək”.

Sobçak vurğulayıb ki, o, “bir dəfə deyilən və edilən” prinsipi ilə yaşayan insanları sevir:

“Emin elə bir insandır ki, nəinki arzulayır, həm də möhtəşəm layihələr həyata keçirir. Sizinlə görüşməkdən qürur duyuram və əminəm ki, tətildə ailəmlə birlikdə bura təkrar-təkrar gələcəyik”./1news


Şərhlər

Yaz...