Evin həbsxanasında saxlanılan 22 siyasi məhbus qadın azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi ilə bağlı məktub yazıblar.
Diaspora.TV xəbər verir ki, onlar Məhəmmədinin bir neçə xəstəlikdən əziyyət çəkdiyini, hazırda vəziyyətinin ağır olduğunu bildiriblər.
Məktub müəllifləri həbsxana rəhbərliyinin N. Məhəmmədinin həbsxanadan kənar xəstəxanada müalicəsinə icazə verməməsini tənqid ediblər.
Bildirilib ki, onun həyatına olan istənilən təhlükəyə görə həbsxana rəhbərliyi, məhkəmə sistemi və ümumilikdə, İran hakimiyyəti məsuliyyət daşıyır.
Qeyd edək ki, 2021-ci ildən həbsdə olan Nərgiz Məhəmmədi 13 il, 3 ay həbs, 154 şallaq zərbəsi, 4 ay küçə süpürmək və təmizləmək kimi cəzalara məhkum edilib./GünazTV