Tarix: 30.09.2024 / 08:30
Şikayətlər varsa, qanunlar dəyişməlidir –    Sabiq deputat

Şikayətlər varsa, qanunlar dəyişməlidir – Sabiq deputat

“Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün gediş-gəliş prosedurlarının sadələşdirilməsi insanların mövqeyindən asılı deyil. Bu həm də dövlətin siyasətindən asılıdır”.

Bu sözləri Diaspora.TV-yə sabiq deputat Əli Əlirzayev deyib. Onun sözlərinə görə, dövlət prosedurların təhlükəsiz həyata keçirilməsi üçün miqrasiya problemlərində müəyyən tələblər irəli sürür:

“Bu ayrı-ayrı təcavüzlərin qarşısını almaq məqsədi daşıyır. Düzdür, indi prosedurlar bir az çətinləşib, quru sərhədlər bağlıdır. Amma qanunvericilik həmişə təkmilləşməlidir”.

Əli Əlirzayev qanunların həmişə çevik olmasını tövsiyyə edib:

“Şikayətlər varsa, onun qarşısını almaq, problemlərin həlli istiqamətində qanunlar dəyişməlidir. Məlum məsələdir ki, qanunlarda boşluqlar da olur. Bu boşluğun olmaması üçün gərək müzakirədə mütəxəssislər iştirak etsin. Qanunların təkmilləşməsinə dair narazılıq olmamalıdır. Mən həmişə bunun tərəfdarı olmuşam. Amma bir də var dövlətin təhlükəsizlik məsələsi. Qanunlar normativə və eyni zamanda dünya standartlarına uyğun olmalıdır”.

Sabiq deputat vurğulayıb ki, gediş-gəliş məsələləri tək Azərbaycandan asılı deyil, həm də qonşu ölkələrdən asılıdır:

“Qonşu ölkələrdə olan proseslər, şəxsiyyətin kimliyi və yaxud da onların ölkəyə daxil olarkən gətirdiyi əşyalar yoxlanılmalıdır. Bunlar bizim üçün xüsusi əhəmiyyət kəsb edir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...