“Avstraliyanın Sidney şəhərində keçirilən festivalda Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq iştirak etdik”.
Bu barədə Diaspora.TV-yə açıqlamasında Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta deyib.
Onun sözlərinə görə, festivala Azərbaycan, Türkiyə, Tatarıstan, uyğurlar, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan nümayəndələr qatılıblar.
“Türkiyənin Sidneydəki baş konsulu, Avstraliya-Azərbaycan Assosiasiyasının nümayəndələri GADTB-nin pavilyonuna baş çəkiblər. Festivalda Melborndan dəvət edilmiş Azərbaycan musiqi qrupu müxtəlif musiqilər ifa ediblər”, - deyə o bildirib.