Tarix: 18.08.2024 / 12:00
Siciliyada müsəlman köçkünlər üçün  qəbiristanlıq salınır

Siciliyada müsəlman köçkünlər üçün qəbiristanlıq salınır

Siciliyanın Aqrigento əyalətinin Palma di Montechiaro şəhərində müsəlmanlar üçün qəbiristanlıq açılacaq. Qəbiristanlıq əsasən dəniz yolu ilə İtaliyaya çatmağa cəhd edərkən ölən müsəlman miqrantların dəfn olunduğu yer kimi xidmət edəcək.

Diaspora.TV xarici KİV-ə istinadən xəbər verir ki, Palma di Montechiaroda ilk müsəlman qəbiristanlığının yaradılması ilə bağlı müqavilə daha əvvəl prefekt Filippo Romano və bələdiyyə sədri Stefano Castellino tərəfindən imzalanmışdı.

Gələn həftə üç imamın Palma di Monteçiaroya baş çəkərək, girişin necə tikiləcəyini və ərazini dizaynını müəyyənləşdirəcəyi gözlənilir.

Qəbiristanlığın sentyabr-oktyabr ayları arasında açılacağı və 1000 kvadratmetrdən çox ərazini əhatə edəcəyi gözlənilir.

Bu, Palma di Montechiaroda 370-ə qədər cəsədin basdırılmasına imkan verəcək və lazım gələrsə, genişləndirilə bilər.

İndiyədək dənizdə həlak olan miqrantlar yaxınlıqdakı Messinada basdırılırdı.

Şərhlər

Yaz...