Rusiyanın Luqa şəhərində azərbaycanlı öz sevgilisini öldürməkdə şübhəli bilinir.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.
“İstintaq müəyyən edib ki, şübhəli şəxs Luqa şəhərinin Volodarski prospektində yerləşən mənzildə şəxsi zəminində yaranmış mübahisə zamanı 56 yaşlı azərbaycanlı evindəki mətbəx bıçağı ilə 54 yaşlı birgə yaşadığı qadına 10 zərbə endirib. Zərərçəkmiş elə hadisə yerində dünyasını dəyişib”, - deyə idarənin məlumatında bildirilir.
Azərbaycanlıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin “qətl” maddəsi ilə cinayət işi açılıb.