Xabarovskda Azərbaycan vətəndaşı birgə yaşadığı qadını öldürməkdə ittiham olunur.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, azərbaycanlı ilə sevgilisi arasında qısqanclıq zəmnində münaqişə yaranıb. Münaqişə zamanı azərbaycanlı qadını döyüb, sonra isə onu boğub.
Azərbaycan vətəndaşına qarşı cinayət işi açılıb.