Tarix: 12.08.2024 / 08:00
Sevastapol miqrantları  tamamilə işsiz qaldı

Sevastapol miqrantları tamamilə işsiz qaldı

Rusiyada qeyri-ruslara qarşı daha sərt qaydalar, ən amansız qərarlar qəbul edilir. Sevastopol şəhərinin hakimiyyəti miqrantlara 77 növ peşə və ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmağı qadağan edib.

Diaspora.TV xəbər verir ki, yerli qubernator Mixail Razvojayevin fərmanı yerli hökumətin saytında dərc olunub.

Sənəddən belə çıxır ki, indi xarici vətəndaşlar nəqliyyat vasitələri və turizm agentlikləri ilə işə cəlb edilə bilməz. Onlar bundan sonra təhsil və səhiyyə sahələrində, eləcə də ictimai iaşə obyektlərində işləyə bilməyəcəklər.

Bundan əlavə, miqrantların balıqçılıq və ağackəsmə sahələrində işləməsi də qadağan edilib. Eyni zamanda, Sevastopol hakimiyyəti xarici vətəndaşların geyim istehsalında, su və ya elektrik təchizatı şəbəkələri ilə işləməkdə iştirakına məhdudiyyətlər qoyub.

Əlbəttə, siyahı bununla bitmir.

Şəhər rəhbərliyinin tələbləri artıq miqrantları işlədən müəssisələrə də təsir edib. Belə firmalara fərmana uyğun olaraq işi təşkil etmək üçün dörd ay vaxt verilib.

Avqustun 9-da Krasnoyarsk diyarı əcnəbi vətəndaşların taksidə işləməsini qadağan edib. Regionun qubernatoru Mixail Kotyukov artıq müvafiq sərəncam imzalayıb.

Bundan əvvəl Çelyabinsk vilayəti miqrantlar üçün qadağan olunmuş iş növlərinin siyahısını da genişləndirib.

Şərhlər

Yaz...