Tarix: 16.05.2024 / 14:06
Sərgidən Azərbaycan dilində olan  kitablar yığışdırılıb

Sərgidən Azərbaycan dilində olan kitablar yığışdırılıb

Tehranda keçirilən kitab sərgisində Azərbaycan türkcəsində çap olunan bir sıra nəşriyyatların kitabları repressiv təhlükəsizlik qüvvələri tərəfindən yığışdırılıb.

Diaspora.TV xəbər verir ki, bu barədə güneyli şair və ictimai fəal Səid Muğanlı “İnstagram” hesabında paylaşım edib:

“Bayatılar, Azərbaycan nağılları, Səməd Behrənginin nağılları, "Bağlama pəncərəsi", Nəsiminin divanı, habelə professor Zehtabinin bütün kitabları, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Turan tarixi və çapına icazə verilmiş digər kitablar İslam İrşadı Nazirliyi tərəfindən sərgidən qaldırılıb”.

Bununla yanaşı, Dr. Cavad Mirinin yazdığı “İran beş rəvayətdə” kitabı da müsadirə edilən əsərlər arasında olub.

Qeyd olunub ki, İran hökumətinə bağlı anti-Azərbaycan təbliğatı aparan “Azəriha” saytının üzvləri paniranist ekspert Salar Seyfəddinin rəhbərliyi ilə sərgidə dolaşaraq kitablarla bağlı təhlükəsizlik qüvvələrinə xəbər veriblər.


Şərhlər

Yaz...