Tarix: 29.05.2024 / 14:16
Sepahın komandiri fars-azərbaycanlı qarşıdurmasında niyə  maraqlıdır?  - TƏHLİL

Sepahın komandiri fars-azərbaycanlı qarşıdurmasında niyə maraqlıdır? - TƏHLİL

İran çox qəliz münasibətlər və idarəetmə sisteminə malik dövlətdir. Bəzən idarəetmə sistemi klassik dövlət anlamına uyğun gəlmir. İranın hakim elitasının daxilində həmişə ziddiyyət olub. Bu narazılıq İ.Rəisi prezident seçildikdən sonra aydın göstərdi. İ.Rəisi prezident seçilməsinə baxmayaraq dini ailədən idi. Hətta Məşhəddə İ.Rəisinin atası və babası ilə indiki ali dini lider S.Ə.Xameneinin çox yaxın münasibətləri olub və İ.Rəisinin də prezident seçilməsində bu faktor mühim amil oldu.

İ.Rəisi prezident seçkiləri ərəfəsində özünü Xameneinin tanıdığından fərqli göstərməyə başladı. Əhalinin isə getdikcə hökumətdən narazılığı dindən narazılığa çevrilirdi. İ.Rəisi prezident seçildiyi dövrdə əhali dindən uzaqlaşırdı. Cümə namazında iştirak edənlərin, evində namaz qılanların sayında azalma var idi.

İ.Rəisi prezident seçildikdən sonra İranın ali dini lideri onun komandasının təsdiqlənməsinə 6 ay icazə vermədi. Bu, İ.Rəisinin təqdim etdiyi komandanın tərkibi ilə bağlı idi. Yalnız indiki vitse-prezident M.Müxbir və bir-iki nəfər İ.Rəisinin komandasına daxil edildikdən sonra ali dini lider bu komandanın təsdiqinə icazə verdi.


İ.Rəisinin Moskvaya səfəri ali dini liderlə onun arasında böyük uçurum yaratdı. Çünki V.Putin İ.Rəisini çox mehriban qəbul etdi. Min illik tarixində Kremldə ilk dəfə namaz qılındı və bu namazı qılan da İran prezidenti İ.Rəisi oldu. Səbəb isə obyektiv göründü. Çünki rəsmi görüş üçün nəzərdə tutulan vaxt məhz Moskva tərəfinin hesabına uzandı və bu azanın vaxtına düşdü. İ.Rəisi prezident V.Putinə məlumat verdi ki, azandır, namazını qılmalıdır. Səfirliyə çatdıra bilməyəcək, Kremldə namazını qıldı.

Bu ali dini liderdə İ.Rəisiyə qarşı ciddi qorxu yaratdı. Sonadək bu özünü göstərdi. Dərhal ali dini lider Moskvadakı nümayəndəliyində dəyişiklik etdi. Vaxtilə İ.Rəisinin şəxsi köməkçisi işləmiş Əkbər Ciddini Moskvaya xüsusi nümayəndəsi təyin edən S.Ə.Xamenei dərhal Ə.Ciddini geri çağırdı. Onun əvəzinə başqa şəxsi təyin etdi.

İ.Rəisi də bu dövr ərzində sakit durmadı. İranın dini işləri ilə daha ciddi məşğul olmağa başladı. Rəisi yeganə prezident idi ki, namazın təbliği ilə məşğul oldu. İsfahanda polad əritmə zavodunda pişnamazlıq etməklə camaatı namaza təşviq edirdi. O vaxta qədər də bir neçə dəfə belə addımlar atmışdı. Bunlar təbii ki, ali dini liderin nəzərində idi.

İ.Rəisinin ciddi addımı İranın ali dini rəhbərinin və Silahlı Qüvvələrinin ali baş komandanının doğma Təbriz şəhərində valini dəyişməsi oldu. Məşhəddən özü ilə Tehrana gətirdiyi adamlardan birini Təbrizə vali təyin etdi. Bəlkə də bu ali dini lideri və İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, İranın birinci hərbçisi M.Bagirini qıcıqlandırmaq məqsədilə edilmişdi.

Sepah bu ərəfədə ölkə daxilində narazılığa və dinə meylin azalmasında öz versiyasını ortalığa qoydu. Mollalar idarə edə bilmir. Hakimiyyəti bəsicə, yəni Sepaha verməlidir.
Əhali İranın Qəzzaya qarşı başladığı müharibəyə dəstək vermədi. Qəribədir ki, hətta ABŞ, İngiltərədə Qəzza aksiyasına dəstək İranda olan dəstəkdən dəfələrlə çox idi. Sepahın rəhbəri H.Səlami bunun səbəbini dini rəhbərlikdə gördü.

Sepahın rəhbəri H.Səlaminin əvvəldən azərbaycanlılar və Azərbaycan Respublikasına qarşı münasibəti neqativ idi. Vəzifəyə təyin olunan günlərdə İran-Azərbaycan-Ermənistan sərhədində qısa müddət ərzində 2-3 dəfə reyd keçirdi və hiss olunurdu ki, Azərbaycana qarşı hərbi əməliyyatlara başlamağa bəhanələr axtarır. İndi də H.Səlaminin həmin dövr yadına düşdü.


İ.Rəisinin helikopteri qəzaya uğrayan kimi Səlami Azərbaycana ünvanlanmış mesaj verdi: “Qisasını alacağıq”.

Helikopter qəzasından sonra İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi azərbaycanlı, təbrizli M.Bagirinin rəhbərlik etdiyi təhqiqat komissiyası helikopterin kənardan atəşlə vurulmadığını elan edən kimi H.Səlami Azərbaycan və İsrail əsgərini yanaşı göstərməklə Azərbaycanla İsrail əsgərinin Azərbaycan ərazisində helikopteri vurması fonunu yaratdı. Bu, İ.Rəisiyə Prezident İ.Əliyevlə görüşdükdən sonra Azərbaycan nəsə edib anlamında idi.

XII çağırış parlamentin açılışında H.Səlami S.H.Xomeyninin oğlunu aktivləşdirdi. Parlamentin açılışı ilə bağlı namaza pişnamazlıq, imamətlik İran İslan inqilabının, İİR-in banisi Seyid Ruhulla Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni etdi. Bu ali dini liderin kompetendesiyasında idi.

İranda iki ən yüksək məqamda olan azərbaycanlını hədəfə götürən, Azərbaycan Respublikasına qarşı hədə edən H.Səlaminin İranda fars-azərbaycanlı qarşıdurması yaratmaqda və bundan istifadə edib, özünü hakimiyyətə gətirmək anlamaq mümkündür. Nəzərə alınmalıdır ki, Q.Süleymani də Ermənistan-Azərbaycan qarşıdurmasında həmişə ermənilərin mövqeyini müdafiə edib.

Mübariz Əhmədoğlu
Politoloq


Şərhlər

Yaz...