Tarix: 10.10.2024 / 12:47
SEPAH rəsmisi Zəngəzurla bağlı    Azərbaycanı təhdid etdi

SEPAH rəsmisi Zəngəzurla bağlı Azərbaycanı təhdid etdi

SEPAH komandirinin siyasi məsələlər üzrə müavini Yədullah Cavani Azərbaycan Respublikasını İsrailin siyasətinə dəstək verməkdə ittiham edib və təhdid bəyanatı səsləndirib.

Diaspora.TV xəbər verir ki, bu barədə İran mediası yazıb.

O, Azərbaycan Respublikasını Zəngəzur dəhlizini güc yolu ilə açmağa çalışmaqda ittiham edərək, belə olduğu təqdirdə İranın müdaxilə edəcəyi barədə xəbərdarlıq edib.

"Biz inqilab liderinin əmrini gözləyirik və ölkənin milli maraqlarını qorumaq üçün bir an belə tərəddüd etməyəcəyik",- deyə Cavani bildirib.

Qeyd edək ki, Yədullah Cavaninin Azərbaycana qarşı təhdid bəyanatı erməni dilli sosial media platformalarında da geniş yayılıb.


Şərhlər

Yaz...