Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova əməliyyat olunan İbrahim Tatlısesi xəstəxanada ziyarət edib.
Diaspora.TV xəbər verir ki, bununla bağlı Azəri qızı Günel sosial şəbəkə hesabında paylaşım edib.
“Çox şükür aslan atamın əməliyyatı uğurlu keçib. “İmperator” sağ-salamat yanımızdadır. Allah səni bizə çox görməsin. Səni çox sevirəm”, - deyə, Günel paylaşımında qeyd edib.