Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev 15 iyul 2016- cı ildə qardaş Türkiyədə çevrilişin qarşısını alarkən qəhramancasına şəhid olan Ömər Xalisdəmirin qardaşı Doğan Xalisdəmiri qəbul edib.
Bu barədə Diaspora.TV-yə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyindən məlumat verilib.
Fondun icraçı direktoru Azərbaycan və Türkiyənin bütün sahələrdə olduğu kimi diaspora sahəsində də birlikdə fəaliyyət göstərdiyini qeyd edib:
“Birgə fəaliyyət nəticəsində xarici ölkədə erməni lobbisinə mütəşəkkil şəkildə cavab verilir. Erməni lobbisinin saxtakarlığının qarşısının alınamsında bu əlaqənin xüsusi rolu var”.
Görüşdə şəhid Ömər Xalisdəmirin keçdiyi döyüş yolundan, xidmətindən və çevrilişin qarşısı alınan zaman göstərdiyi qəhramanlıqdan danışılıb.
Xatırladaq ki, birliyin təşkilatçılığı ilə keçirilən görüşdə Doğan Xalisdəmir “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, təşkilatın Türkiyə üzrə nümayəndəsi Tacəddin Rzaquluzadə və İdarə Heyətinin üzvləri iştirak edib.