Tarix: 26 İyun 2024 10:55 | Baxış sayı: 450
Şəhid oğlu olaraq diaspor fəaliyyətində yaxından iştirak edəcəyəm  - Müşfiq Cəbrayılov

Şəhid oğlu olaraq diaspor fəaliyyətində yaxından iştirak edəcəyəm - Müşfiq Cəbrayılov

“Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi keçirilib”.

Bu barədə Diaspora.TV-yə Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov deyib.

M.Cəbrayılov tədbirdə iştirak edən hər kəsə təşəkkür edib:

“Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və digər rəsmi şəxslər, keçmiş səfirlər iştirak etdilər. Azərbaycan Fransa dostluğunun möhkəmlənməsi yolunda əziyyəti olan hər bir şəxsə işlərində uğurlar arzulayıram”.

“Ümidvaram ki, Əhmədiyyə Cəbrayılovun nəvəsi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mikayıl Cəbrayılovun oğlu olaraq diaspor fəaliyyətində bundan sonra yaxından iştirak edəcək və Azərbaycanın haqq-ədalət mübarizəsində bir fərd olaraq əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə M.Cəbrayılov bildirib.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır