Tarix: 11.06.2024 / 12:41
Səfirliklərdə diaspor üzrə konkret məsul şəxslər olmalıdır    - TƏKLİF

Səfirliklərdə diaspor üzrə konkret məsul şəxslər olmalıdır - TƏKLİF

“Burada ən vacib məsələlərdən biri Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xarici İşlər Nazirliyinin sıx və əlaqəli şəkildə işləməsidir. Doğrudur, bildiyimə görə bu istiqamətdə müəyyən addımlar atılır və koordinasiya sistemi qurulub. Amma bunun daha da gücləndirilməsinə ehtiyac var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Konstitutsiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev diplomatik nümayəndəliklərlə diaspor qurumları arasında işin səmərəliliyinin artırılması yollarını izah edərkən deyib.

Ə.Nuriyevin sözlərinə görə, ən vacib məsələlərdən biri səfirliklərdə diaspor üzrə konkret məsul şəxslərin olmasıdır:

“Diasporun məlumat bazası yaradılmalı və daimi izlənilməlidir. Eyni zamanda məktəblərin, Azərbaycan mədəniyyətinin öyrədilməsi ilə bağlı kursların genişləndirilməsinə ehtiyac var. Çoxsaylı bayramlarla, tədbirlərlə bağlı hər bir səfirliyin özündə fəaliyyət proqramı olmalıdır. Səfirliyin fəaliyyət proqramlarından biri də diasporla iş birliyidir. Düşünürəm ki, bütün bunlar diasporun fəaliyyətini gücləndirə bilər”.

Ə.Nuriyev əlavə edib ki, diasporların yaşadığı cəmiyyətə inteqrasiya prosesində səfirliyin böyük rolu var:

“Nə qədər soydaşlarımız ayrı-ayrı ölkələrin cəmiyyətlərinə tam inteqrasiya olacaqlarsa, eyni zamanda həmin cəmiyyətin elitasına doğru hərəkət edəcəklər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...