Tarix: 17.05.2024 / 14:08
Səfirliklər və diasporlar bu məsələdə maraqlı olmalıdırlar  - Ekspert

Səfirliklər və diasporlar bu məsələdə maraqlı olmalıdırlar - Ekspert

“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərin sayının artırılması üçün orada fəaliyyət göstərən səfirlikər, diasporlar özü maraqlı olmalıdır. Diasporlar müəyyən təşəbbüslərlə çıxış etməlidirlər”.

Bu fikirləri Diaspora-TV-yə təhsil eksperti Elçin Əfəndiyev xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin (Azərbaycan məktəbləri) sayının artırılması yollarından danışarkən deyib.

Ekspert hesab edir ki, bu istiqamətdə Xarici İşlər Nazirliyinin də fəaliyyəti olmalıdır:

“Nazirlik müəyyən ölkələrdə bu təşəbbüslə çıxış etməlidir. Ən vacib məqam ondan ibarətdir ki, həmin ərazilərdə yaşayan vətəndaşlarımız yaşadıqları ölkələrin hakimiyyətindən Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tikintisinə icazə almalıdırlar”.

Ekspert azərbaycanlıların daha çox İranda yaşadığını vurğulayıb:

Təəssüflər olsun ki, orada Azərbaycan dilində məktəblərə, yaxud da Azərbaycan dilinin geniş yayılmasına imkan verilmir. Amma bu mütləq tələb olunmalıdır. Eyni zamanda digər ölkələrdə, məsələn, Avropa ölkələri, yaxud da Şərqi Asiya ölkələri olsun, ümumiyyətlə, azərbaycanlıların daha çox məskunlaşdığı, yəni 100 nəfər üzrə şagird sayı imkan verirsə həmin ölkələrdən məktəblərin açılmasını tələb etməlidirlər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...