Tarix: 05.06.2024 / 15:26
Səfirlikdə yalnız bir əməkdaş qalıb   - Məsud Əliyev

Səfirlikdə yalnız bir əməkdaş qalıb - Məsud Əliyev

“Cəmiyyətimiz 30 ildən çoxdur Monrealda fəaliyyət göstərir. Qarabağ problemi başlandığı gündən erməni yalanlarını ifşa etməyi qarşımıza əsas məqsəd qoymuşuq”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Kvebek Azərbaycanlıları Assosiasiyasının rəhbəri Məsud Əliyev deyib.

M.Əliyev qeyd edib ki, davamlı olaraq yerli KİV-lərin xidmətindən geniş istifadə edirlər:

“Eyni zamanda, Ottava şəhərində Kanada parlamenti qarşısında bir sıra nümayişlər keçirmişik. Bundan başqa, federal, əyalət və dövlət səviyyəsində deputatlarla görüşüb baş verən hadisələrin həqiqi səbəblərini izah etmək əsas məqsədimiz olub”.

M.Əliyev qeyd edib ki, əsasən səfirlik və Diasporla İş üzrə Dövlət Komitəsi ilə uzun illərdir çox yaxın əməkdaşlıq edirlər:

“Təəssüf ki, son illər Azərbaycan Xarici İşlər Nazirliyinin keçirdiyi optimallaşma əməliyyatı nəticəsində səfirlikdə yalnız bir əməkdaş qalıb və onun da fəaliyyəti yox dərəcəsinə enib”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...