Tarix: 30.04.2024 / 20:00
Səfirimiz Avropa məsələləri üzrə  nazirlə görüşüb

Səfirimiz Avropa məsələləri üzrə nazirlə görüşüb

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani ilə görüşüb.

Diaspora.TV xəbər verir ki, bu barədə E.Süleymanov “X” sosial şəbəkəsində paylaşım edib.

Səfir bildirib ki, görüşdə Azərbaycan-Böyük Britaniya arasında mükəmməl tərəfdaşlığı və regionda davamlı sülhü vurğulayan hərtərəfli müzakirələr aparılıb.

Elin Süleymanov səmimi qəbula görə, həmçinin COP29-a hazırlıq ərəfəsində olan Azərbaycana Britaniyanın dəstəyi üçün britaniyalı nazirə təşəkkür edib.

Şərhlər

Yaz...