Tarix: 16.09.2024 / 09:49
Şəffaflığa, hesabatlılığa və inklüzivliyə üstünlük verilsə...    - Diaspor fəalı

Şəffaflığa, hesabatlılığa və inklüzivliyə üstünlük verilsə... - Diaspor fəalı

“Diaspora məsələlərinin koordinasiyası və vahid idarə edilməsində keyfiyyət dəyişikliklərinə nail olmaq istəyiriksə, diqqəti effektiv ünsiyyət, əməkdaşlıq və strateji planlaşdırmaya yönəltmək vacibdir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Böyük Britaniya Azərbaycan Qadınları Assosiasiyasının rəhbəri Ülviyyə Tağızadə deyib.

Ü.Tağızadənin sözlərinə görə, qərarların qəbulu proseslərində şəffaflığa, hesabatlılığa və inklüzivliyə üstünlük verməklə diaspor sektorunda müsbət və davamlı dəyişikliklərə təkan vermək olar:

“Bu, aydın məqsədlərin müəyyən edilməsini, əsas maraqlı tərəflərlə əlaqələrin gücləndirilməsini təmin edir. Eyni zamanda tərəqqinin qiymətləndirilməsi üçün əks əlaqə mexanizmlərinin həyata keçirilməsi, lazım gəldikdə strategiyaların davamlı olaraq qiymətləndirilməsi və düzəlişlərini əhatə edə bilər”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...